2 iyul 2024 at 12:37
Jurnalist kodu: 5564
Xəbər kodu: 85526941
T T
0 Persons
Ərdəbildə qeyri-ənənəvi mərasimin keçirildiyi yer möhürlənib

Ərdəbil - İRNA - Ərdəbilin ümumi və inqilab prokuroru qeyri-qanuni rəqs və musiqi mərasiminin keçirildiyi yerin möhürlənməsi haqqında əmr verib.

Ərdəbil prokuroru Cəlal Afaqi çərşənbə axşamı bu barədə deyib: Qanunları pozaraq, dəyərləri tapdayaraq və hakim İslam mədəniyyətinə məhəl qoymadan bu müğənni ictimai iffətə xələl gətirmiş və fəsad yaymağa şərait yaratmışdır və vətəndaşların məhkəmə-hüquq sistemindən geniş tələbinə uyğun olaraq, məsələ ciddi şəkildə araşdırılır və bu işdə əməkdaşlığı olanlara qarşı da ciddi tədbir görüləcəkdir. 

Bu azərbaycanlı müğənni son bir neçə gün ərzində İrana səfər edərək, İran İslam Respublikasının qanunlarını nəzərə almadan və normaları pozaraq, xüsusən də yarıçılpaq paltar geyinərək, ictimaiyyət qarşısına çıxaraq konsert proqramı həyata keçirib və bununla da ictimai iffətə zərər vuraraq, həmyerlilərinin və müxtəlif təbəqələrinin şikayətlərinə səbəb olub və onun virtual məkanda qeyri-ənənəvi çıxışları ilə bağlı yayımlanan videolar bir çox istifadəçinin reaksiyası ilə müşayiət olunub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .